Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Pandemiya əleyhinə vaksinasiya cəmiyyətə, dövlətə və ümumilikdə hər bir insana əhəmiyyətlidir

0

  •  Pandemiya başlanandan Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə sadiq qalaraq koronavirusun kütləvi şəkildə yayılmasının qarşısının alınması üçün çox böyük tədbirlər gördü. Məhz görülmüş əməli tədbirlər sayəsində ölkəmiz bütün dünyanı cənginə alan koronavirus bəlasından minimum itki ilə qurtulmağı bacardı.​ ​ ​ Əlbəttə ki, son tədbir kimi virusa qarşı vaksinləşdirmənin də əhəmiyyətini qeyd etmək lazımdır. Dövlət başçımız İlham Əliyev cənablarının birbaşa tapşırığı və göstərişi ilə ölkəmizə yetərincə tam təsdiqini tapmış yüksək keyfiyyətli vaksinlərin gətirilməsi və dövlət hesabına əhaliyə vurulması, möhtərəm Prezidentimizin xalqa, onun sağlamlığına olan böyük qayğısının təzahürüdür.​ ​ ​ Peyvəndolunmanın nəticəsində son vaxtlar virusa yoluxanların sayı kəskin azalmış, vəfat edənlərin sayı bir-iki nəfərə düşmüşdür. Bu da getdikcə bəzi qadağaların aradan qaldırılmasına səbəb olmuşdur.​ ​ ​ Qadağaların ləğv olunması bir çox sahələrin inkişaf etməsinə, iqtisadi artımın sürətlənməsinə, əhalinin yenidən iş başına qayıtmasına səbəb olacaq ki, bunun da xalqımızın rifah halının yaxşılaşmasına əhəmiyyətli təsiri olacaqdır. Ümid edirik və inanırıq ki, vaksinasiya prosesinə dövlətimiz əhəmiyyət verdiyi kimi, vətəndaşlarımız da​ vaksinasiyaya diqqətlə yanaşıb tezliklə tam şəkildə vaksin olunacaqlar və bununla da cəmiyyətimiz normal, əvvəlki və arzuladığımız həyata, yaşama qayıdacaqdır.​ ​ ​ ​ Uca Allah Xalqımızı, Dövlətimizi və Prezidentimizi bütün bəlalardan hifz eləsin! Amin!​Anar Əliyev,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Pandemiya əleyhinə vaksinasiya cəmiyyətə dövlətə ümumilikdə hər bir insana əhəmiyyətlidir

    Maraqlı gələ bilər
    44
    30